Yuxarı

Qazaxda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib

Natiqlər İslam dininin yad ünsürlərdən qorumasının yollarını müzakirə ediblər

Bakı. 7 iyun. REPORT.AZ/ Qazax rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən bildirilib.

Tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, din xadimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan G.Həsənova rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib.

S.Salahlı bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir: "Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə dini etiqad azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır".

Səyyad Salahlı Azərbaycanda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin, dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırıb.

Çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizin yad ünsürlərdən qorumasının yollarını müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi