Yuxarı
    Bağlamaq

    Qaradağda “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqət üzvlərinin qanunsuz toplantı keçirmələrinin qarşısı alınıb

    Fakt üzrə müvafiq araşdırma və təhqiqat tədbirləri davam etdirilir© Report.az

    Bakı. 10 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilib. 

    Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Orucova Solmaz Məmməd qızına məxsus X.İsmayılov küçəsi, 5-ci massiv, ev 18 ünvanında və Ağaliyeva Sevil Babaəli qızına məxsus 1594-cü keçid, ev 24, mənzil 52 ünvanında “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqətinin üzvlərinin qanunsuz toplantı keçirdikləri aşkar edilərək qarşısı alınıb.

    Məlumata görə, iki ünvanda 10-u azyaşlı uşaq olmaqla ümumilikdə 33 nəfər müəyyən edilib, həmin dini təriqətin təbliğini ehtiva edən çox sayda dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və müvafiq qaydada sənədləşdirilib.

    Fakt üzrə müvafiq araşdırma və təhqiqat tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi