Qarabağ Seyid Ocaqlarının rəhbəri Nardaranda baş verən insidentə dair bəyanatla çıxış edib

Qarabağ Seyid Ocaqlarının rəhbəri Nardaranda baş verən insidentə dair bəyanatla çıxış edib “Dini mühitə təsir edəcək hər hansı qarşıdurmalar Azərbaycan dövlətçiliyinin bütövlüyünə qarşı qəsd hesab olunur"
Din
28 Noyabr , 2015 16:18
Qarabağ Seyid Ocaqlarının rəhbəri Nardaranda baş verən insidentə dair bəyanatla çıxış edib

Bakı. 28 noyabr. REPORT.AZ/ Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Nardaran kəndində baş verən insidentə dair bəyanatla çıxış edib.

"Report"un məlumatına görə, o, bəyanatında təmsil etdiyi şəcərəli Əhli-Beyt Seyid Ocaqları adından Azərbaycanın bütün inanclı insanlarına çağırış edərək, son günlər Nardaranda baş verən hadisələrdən Qarabağ Seyid Ocaqlarının narahatlığını ifadə edib: “Ölkəmizin müharibə şəraitində olduğu bir zamanda dini mühitə təsir edəcək hər hansı qarşıdurmalar, ixtilaflar, sabitliyə yönəlmiş addımlar Azərbaycan dövlətçiliyinin bütövlüyünə qarşı qəsd hesab olunur. Çünki cəbhə xəttində üz-üzə dayanan erməni qəsbkarları, eləcə də ölkənin daxilində olan milli dönük təkfirçilər hər an öz riyakar əməllərini həyata keçirmək üçün fürsət gözlədiklərini unutmamalıyıq. Belə bir təhlükəli məqam xüsusi olaraq inanclı ölkə vətəndaşlarının diqqətindən kənarda qalmamalıdır.

Tarixən Azərbaycanda mövcud olan tolerantlıq, dinlərarası, eləcə də məzhəblərarası münasibətlərin yüksək səviyyədə olması dünyanın diqqət mərkəzində olub. Ölkədə mövcud siyasi sabitliyin hökm sürməsində də Azərbaycan dövlətinin uğurlu dövlət-din münasibətlərinin ayrıca xidmətləri var.

Şəcərisi və əməli bəlli olan Əhli-Beyt mənsubları adına Azərbaycanın bütün inanclı insanlarına, o cümlədən Nardarandakı dəyərli ağsaqqallarımıza indiki çətin şəraiti nəzərə alaraq, İslamın təməl prinsiplərindən olan barışın əldə olunması üçün bütün nüfuzlarından istifadə etmələrinin vacibliyini bildiririk”.

Son xəbərlər

Orphus sistemi