Yuxarı
    Bağlamaq

    Qafqaz Müsəlmanları İdarəsinin BMT, YUNESKO, Avropa Şurası yanında nümayəndəlikləri yaradıla bilər

    Bu barədə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib

    Bakı. 18 noyabr. REPORT.AZ/ “Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin ATƏT-lə birgə keçirdiyimiz dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransı uğurlu sayıram”. “Report”un məlumatına görə, bunu Bakıda keçirilən dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransdakı çıxışında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

    “Biz əvvəllər də dini mərkəzlərin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, YUNESKO, Avropa Şurası ilə əməkdaşlığın vacibliyini bildirmiş, Qafqaz Müsəlmanları İdarəsinin həmin təşkilatların nəzdində xüsusi nümayəndəliklərinin yaradılması yönündə ilk addımları atmışıq” - deyə, QMİ sədri çıxışında bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi