Yuxarı

Qafqaz Müsəlmanları İdarəsinin qəzeti fəaliyyətini dayandırıb

Buna səbəb iqtisadi çətinliklər olub

Bakı. 26 mart. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin həftəlik nəşr edilən "Haqqın nuru" qəzeti fəaliyyətini dayandırıb.

"Report"un xəbərinə görə, dini-ictimai qəzetin fəaliyyətini dayandırmasına səbəb iqtisadi çətinliklər olub.

QMİ bundan sonra "Haqqın nuru" adlı rüblük dərgi çap edəcək.

Qeyd edək ki, "Haqqın nuru" qəzeti 2010-cu ildən fəaliyyətə başlayıb, 300 sayı çapdan çıxıb. Qəzet Azərbaycan və rus dillərində nəşr edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi