Yuxarı

Allahşükür Paşazadə: "Allah Heydər Əliyevi Azərbaycana böyük istəklə göndərib"

QMİ-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar konfrans keçirilib

Bakı. 9 may. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar konfrans keçirilib. "Report" xəbər verir ki,  QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu gün və sabah məscidlərdə oxunan moizələrdə ümummilli liderin tarixi xidmətləri yad olunacaq, ruhuna dualar oxunacaq: "Tarix unudulmur. Tarixi insanlar yaradır. Allah Heydər Əliyevi Azərbaycana böyük istəklə göndərib və onun gördüyü işlər, verdiyi sözlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan inkişaf etmiş bir ölkəyə, güclü dövlətə çevrilib. Hazırda Azərbaycanda məscidlər tikilir, təmir işləri görülür".

Şeyxülislam həmçinin 9 may qələbə günündə şəhid olanların da xatirəsini yad edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, ulu öndər Heydər Əliyevin qoyduğu irs, azərbaycançılıq ideyası bu gün də yaşayır: "Ulu Öndər haqda çox geniş danışmaq olar. Ən başlıcası budur ki, Heydər Əliyevin doğum günü bütün azərbaycanlılar tərəfindən yad edilir. Biz onun mənəvi irsini gənc nəslə çatdırırıq. Fəxrlə qeyd edirik ki, Azərbaycan tolerant ölkədir. Bu yalnız söz deyil, həm də əməldə göstərilir".

AMEA-nın Tarix İnstitutunun direktoru, deputat Yaqub Məmmədov bildirib ki, Qafqaz dünyanın elə bir məkanıdır ki, böyük dövlətlərin, beynəlxaq güc mərkəzlərinin gözü burada olub və həmişə Qafqazı qarışdırmağa çalışıblar: "Amma burada sabitliyi yaradanlar olub. Həm siyasi, həm də dini baxımdan onlar Qafqazdakı sabitliyi qoruyub saxlayıblar. Azərbaycan Qafqazda sabitlik məkanıdır. Təəssüf ki, dünyanın bəzi yerlərində İslamı lağa qoyurlar, aranı qarışdırmaq istəyirlər. Ancaq Azərbaycanda sabitlik olduğundan bu mümkün deyil. Heydər Əliyev Azərbaycana qayıdışı zamanı hər şeyə Bibiheybətdən başladı. Bu da onun dinə olan ehtiramından irəli gəlirdi. Prezident İlham Əliyev bu gün ulu öndərin işlərini, irsini uğurla davam etdirir. Gələckdə başa düşəcəyik ki, bu dünyanın ən böyük xadimlərinin içərisində Heydər Əliyev ən böyük yeri tutur. Hər bir dövlət xadiminin arxasında kimsə dayanır. Ancaq Heydər Əliyevin yanında milyonlarla Azırbaycan xalqı vardı. Heydər Əliyev İslam dünyasını qorudu. Onun kimi İslamı qoruyan ikinci bir dövlət xadimi yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi