Qafqaz Müsəlmanları İdarəsi və Gürcü Patriarxlığı birgə beynəlxalq konfrans keçirəcək

Qafqaz Müsəlmanları İdarəsi və Gürcü Patriarxlığı birgə beynəlxalq konfrans keçirəcək Şeyxülislam Allahşükür Paşazadə Gürcü Pravoslav Kilsəsinin nümayəndə heyətini qəbul edib
Din
19 Fevral , 2015 18:09
Qafqaz Müsəlmanları İdarəsi və Gürcü Patriarxlığı birgə beynəlxalq konfrans keçirəcək

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcü Pravoslav Kilsəsinin nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. 

QMİ-də baş tutan görüşdə Şeyxülislam A.Paşazadə Azərbaycan və Gürcüstan xalqları arasında mənəvi əlaqələrin tarixi əhəmiyyətindən və inkişaf istiqamətləri barədə söhbət açıb. II İliyaya hər zaman Qafqazın ağsaqqalı, müdrik dini lider kimi böyük ehtiram bəslədiyini xüsusi vurğulayan A.Paşazadə Azərbaycan xalqının və onun dövlət rəhbərinin bu nüfuzlu şəxsiyyətə böyük dəyər verdiyini diqqətə çatdırıb.

Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın salamlarını və ən xoş arzularını QMİ sədrinə çatdıran Patriarxın nümayəndəsi Mitropolit Gerasim Şaraşenidze Şeyxülislama Gürcüstanda böyük ehtiramın mövcudluğundan və A.Paşazadənin gürcü torpağına ötən ilki son səfəri zamanı bu qardaş münasibətin bir daha şəxsən şahidi olduğunu qeyd edib.

Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə yaxın aylarda dinlərarası dialoq və dini-mənəvi dəyərlərin qlobal problemlərin həllində rolu mövzusunda QMİ və Gürcü Patriarxlığının birgə beynəlxalq konfrans keçirməsi ideyası müzakirə olunub və bununla bağlı razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi