Yuxarı

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti zamanı vəfat etmiş azərbaycanlı zəvvarların ailələrinə kompensasiya verib

Kompensasiya QMİ ilə zəvvar arasında bağlanmış müqavilədə nəzərdə tutulan qaydada ödənilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti zamanı vəfat etmiş azərbaycanlı zəvvarların ailələrinin hər birinə 6 min manat məbləğində kompensasiya ödəyib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

"Kompensasiya QMİ ilə zəvvar arasında bağlanmış müqavilədə nəzərdə tutulan qaydada ödənilib", - R.Dadaşova bildirib.

Xatırladaq ki, Həcc ziyarəti zamanı üç nəfər azərbaycanlı zəvvar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi