Yuxarı

Qafqaz Müsəlmanları İdarəsi Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb

Ümumilikdə, 14 yerdə qanvermə aksiyası keçiriləcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günündə - oktyabrın 24-də qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb. QMİ-dən “Report”a verilən məlumata görə, həmin gün respublikanın müxtəlif məscid və ziyarətgahlarında, ümumilikdə, 14 yerdə qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik:

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər “Cümə” məscidi;

9. Gəncə şəhər “İmamzadə” məscidi;

10. Mingəçevir şəhər “Heydər” məscidi;

11. Şəki şəhər “Cümə” məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər “Cümə” məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.

Qeyd edək ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni oktyabrın 23-dən - Tasua günündən başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi