Yuxarı
    Bağlamaq

    ​Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə yəhudilərin yeni il bayramını təbrik edib

    Allahşükür Paşazadə Melih Yevdayevə təbrik məktubu ünvanlayıb

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə yəhudilərin yeni il bayramı - Roş-xa-Şana münasibətilə Azərbaycanda yaşayan Dağ Yəhudiləri icmasının sədri Melih Yevdayevə təbrik məktubu ünvanlayıb.

    “Report”un məlumatına görə, təbrik məktubunda deyilir: “Sizi və Sizin simanızda Azərbaycanda yaşayan bütün dağ yəhudilərini əziz bayramınız – Roş-xa-Şana münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə O Bir Olan Yaradandan cansağlığı, rifah və səadət diləyirəm.

    Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə Azərbaycan müsəlmanları öz yəhudi qardaşlarına sinaqoqlarda şofar sədaları altında ibadət və dualarının qəbul olmasını arzulayır, bayram süfrəsi ətrafında etdikləri bütün xoş niyyətlərinin həyata keçməsini diləyirlər.

    Şükürlər olsun ki, Azərbaycanı öz Vətənləri bilən dağ yəhudiləri bu mübarək bayramı həmişə olduğu kimi, bu il də könül xoşluğu və sevincli əhval-ruhiyyəsi ilə qarşılayırlar.

    Qoy, Uca Yaradan bu Yeni ildə Azərbaycan yəhudilərinə yeni uğurlar bəxş etsin! Amin!”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi