Yuxarı

Qafqaz Müsəlmanları İdarəsinə gizli kameraların quraşdırılması xəbərlərinə rəsmi münasibət bildirilib

Bu, idarənin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan təxribatdır

Bakı. 2 sentyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bəzi saytlarda bu qurumun yerləşdiyi binada gizli kameraların quraşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən Report-a bildirilib ki, bu, idarənin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan təxribatdır: “Qafqaz Müsəlmanları İdarəsi və onun yerləşdiyi Təzəpir məscid kompleksi protokol məkanlar sırasına daxildir. QMİ sədri Şeyxülislam dövlət tərəfindən qanuna uyğun olaraq mühafizə olunan şəxsdir, mühafizə xidməti ilə təmin edilmiş ictimai xadimdir. Bu baxımdan, İdarənin və onun rəhbərinin mühafizəsi, habelə Kompleksin təhlükəsizliyinin qorunması məqsədilə dini mərkəzin binası uzun illərdir ki, təhlükəsizlik kameraları ilə təchiz olunmuşdur. Həmçinin, məscidlər, kütləvi tədbirlərin keçirildiyi məkan olduğundan bu yerlərdə təhlükəsizlik kameralarının quraşdırılması zəruridir. İdarə daxilində hər hansı izləmə və ya gizli müşahidə ilə bağlı informasiyalar həqiqətə uyğun deyil”.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi