Yuxarı

Prezident İlham Əliyev dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb

Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncam ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə verilib.

Sərəncamla Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi