Yuxarı

Polad Bülbüloğlu Qafqaz Müsəlmanları İdarəsində and içib

Şeyxülislam Hacı Allahşükür Paşazadə onu 70 yaşı tamam olması münasibətilə təbrik edib

Bakı. 5 fevral. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.

"Report" xəbər verir ki, QMİ sədri P.Bülbüloğlunu 70 yaşı tamam olması münasibətilə təbrik edib.

Şeyxülislam P.Bülbüloğlunun xidmətlərini xatırladaraq bildirib ki, o, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında misilsiz xidmətlər göstərib: “Mən sizin yaşınızı hallandırmaq istəmirəm, amma deyə bilərəm ki, həddi-buluğa hələ indi çatmısınız. Xidmətləriniz xalq tərəfindən, ulu öndər Heydər Əliyev və hazırda cənab Prezident İlham Əliyev tərəfindən heç vaxt unudulmayıb, yüksək qiymətləndirilib. Mən arzu edirəm ki, növbəti doğum günlərinizi ata-baba yurdunuz Şuşa şəhərində qeyd edək”.

Daha sonra Şeyxülislam P.Bülbüloğluna "Qurani-Kərim" və digər qiymətli hədiyyələr təqdim edib.

Çıxış edən P.Bülbüoğlu QMİ sədrinə minnətdarlığını bildirib. O, Şeyxülislamın istər Sovet dövrü, istər 20 Yanvar hadisələri vaxtı, istərsə də sonrakı illərdə Azərbaycan xalqı qarşısında böyük xidmətlərinin olduğunu bildirib.

Azərbaycanın ictimai-siyasi tarixində baş verənlərdən, öz fəaliyyətindən və Şeyxülislamla dostluq tarixindən danışan P.Bülbüloğlu sonda əlini ona hədiyyə edilən "Qurani-Kərim"ə basaraq and içib: “Əlimi bu müqəddəs "Quran"a basaraq and içirəm ki, bundan sonra da xalqımın və dövlətimin gələcəyi üçün əlimdən gələni edəcəm. İnanıram ki, növbəti ad günümü Qarabağda keçirəcəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi