​Patriarx Kirill peyğəmbərin karikaturasının çəkilməsini pisləyib

​Patriarx Kirill peyğəmbərin karikaturasının çəkilməsini pisləyib "Biz bir qrup insanın dini hissləri ələ salmağa yönəlmiş cəhdlərinə "yox" deyirik"
Din
26 Yanvar , 2015 04:34
​Patriarx Kirill peyğəmbərin karikaturasının çəkilməsini pisləyib

Bakı. 26 yanvar. REPORT.AZ/ Moskva və Bütün Rusiyanın patriarxı Kirill Fransanın "Charlie Hebdo" satirik jurnalında Məhəmməd peyğəmbərin (s) karikaturalarının dərc olunmasını pisləyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə o, İsa Məsih (ə) kilsəsində liturgiya ibadətindən sonra bəyan edib.

"Məhəmməd peyğəmbərin karikaturaları, nəşrin xristianların düşüncələri üzərində istehza etməyi özünə rəva görməsi ilə müqayisədə uşaq şarjıdır", - deyə patriarx qeyd edib.

Rus pravoslav kilsəsinin rəhbəri bildirib ki, "bu gün biz terrorçuluq, qətl və zorakılığına "yox" deməklə, bir qrup insanın dini hissləri ələ salmağa yönəlmiş heç nə ilə izah olunmayan cəhdlərinə də "yox" deyirik.

Son xəbərlər

Orphus sistemi