Yuxarı

​Papa Fransisk və Patriarx Kirill arasında tarixi görüş olub

Tərəflər əməkdaşlığa dair birgə bəyannamə imzalayıblar

Bakı. 13 fevral. REPORT.AZ/ Kubanın paytaxtı Havanada Rus pravoslav kilsəsinin patriarxı Kirill və Roma papası Fransisk arasında tarixi görüş baş tutub.

"Report" xəbər verir ki, danışıqlar nəticəsində tərəflər əməkdaşlığa dair birgə bəyannamə imzalayıblar.

Dini liderlər ümid etdiklərini bildiriblər ki, onların görüşü bütün dünya xristianlarını kilsələrin tam olaraq vahid şəkildə fəaliyyət göstərməsi üçün dua etməyə ruhlandıracaq.

"Söhbətin nəticəsi deməyə əsas verir ki, iki kilsə birgə işləyə və xristianları müdafiə edə bilər", - deyə Kirill bildirib.

Onlar, həmçinin müasir dünyada bəzi ölkələrdə dini azadlıq üçün ciddi təhlükə gördüklərini qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi