Yuxarı

Bakıdakı Katolik kilsəsində Papa Fransiskin iştirakı ilə keçirilən dini mərasim başa çatıb - FOTO - YENİLƏNİB

Fransisk mərasimdə çıxış edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakıdakı Katolik kilsəsində Papa Fransiskin iştirakı ilə keçirilən dini mərasim başa çatıb.

***10:54

Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsidə Ropa Papası Fransiskin iştirakı ilə dini mərasim keçirilib.

"Report" xəbər verir ki, xristianların müqəddəs kitabı olan "İncil"dən sitatlar səsləndirilib.

Daha sonra Papa Fransisk kilsəyə toplaşanlar qarşısında çıxış edib, onları Allahın bəyəndiyi kimi bəndə olmağa çağırıb, həmçinin dünyaya sülh mesajı verib. Daha sonra mərasim davam etdirilib. Papaya hədiyyələr təqdim olunub.

***09:54

Səhər saatlarından Azərbaycanda səfərdə olan Roma Papası Fransisk Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsinə gəlib.

"Report" xəbər verir ki, onu kilsədə yüzlərlə inanclı insan qarşılayıb.

Burada papanın rəhbərliyi ilə dini ayinlər həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi