PA rəsmisi: "Gənclərin başqa dini cərəyanlara cəlb olunmasının qarşısını almaq üçün ciddi addımlar atılır"

PA rəsmisi: "Gənclərin başqa dini cərəyanlara cəlb olunmasının qarşısını almaq üçün ciddi addımlar atılır" Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan son 15 ildə dinlərarası harmoniyanın tənzimlənməsi məkanı kimi tanınır.
Din
28 İyun , 2018 11:34
PA rəsmisi: Gənclərin başqa dini cərəyanlara cəlb olunmasının qarşısını almaq üçün ciddi addımlar atılır
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ "Azərbaycan son 15 ildə dinlərarası harmoniyanın tənzimlənməsi məkanı kimi tanınır".

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Müzəffər Talıblı "Dini təhsil: mövcud vəziyyət və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu gün Azərbaycandan dünyaya dini əməkdaşlıq sahəsində çox ciddi çağırışlar edilir və böyük hörmətlə qəbul edilir.

M.Talıblı qeyd edib ki, təhsil sahəsində Azərbaycanda geniş təcrübə var: "Hər zaman olduğu kimi milli-dini həmrəyliyi pozmağa çalışan gəncləri başqa dini cərəyanlara cəlb edən qüvvələr var. Çünki gənclərin başqa dini siyasi ideologiyanın təsirinə düşmək təhlükəsi var. Bunun qarşısını almaq üçün ciddi addımlar atılır. İlahiyyat İnstitununun yaradılması da əbəs yerə deyildi. Güman edirik ki, yeni tipli təhsil müəssisəsi olacaq. İndiki dövrdə ciddi təhsilsiz uğura nail olmaq mümkün deyil. Dini təhsilin modern vəziyyətə çatması üçün addımlar atılmalıdır".

Son xəbərlər

Orphus sistemi