Yuxarı
    Bağlamaq

    ​Ötən il Azərbaycanda 87 dini icmaya maliyyə yardımı ayrılıb

    Onlardan 19-u qeyri-islam dini icmasıdır

    Bakı. 17 may. REPORT.AZ/ Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən 87 dini icmaya maliyyə yardımı ayrılıb.

    "Report" xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 2015-ci il üzrə hesabatında bildirilib.

    Hesabatda qeyd olunub ki, maliyyə yardımı ayrılan dini icmalardan 19-u qeyri-islam, 68-i isə İslam dini icması olub.

    Ayrılan maliyyə yardımı hesabına DQİDK-nın dəstəyi ilə hesabat ili ərzində icmalar tərəfindən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində Bakı şəhərində və bölgələrdə müxtəlif tədbirlər həyata keçirilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi