Ötən iki ayda 34 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib

Ötən iki ayda 34 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib Bakı. 27 fevral. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində 34 adda (45540 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.
Din
27 Fevral , 2018 18:08
Ötən iki ayda 34 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib

Bakı. 27 fevral. REPORT.AZ/ "Bu ilin yanvar-fevral ayları ərzində 34 adda (45540 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov qurumun 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, keçən il ərzində Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1540 adda dini məzmunlu ədəbiyyata baxılaraq dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. 

N.Məmmədov qeyd edib ki, hesabat dövrü ərzində ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 210 adda dini ədəbiyyata baxılaraq onlardan 4-nün çapı məqsədəuyğun sayılmayıb, 206 adda dini ədəbiyyatın çapına razılıq verilib: "Hesabat dövründə dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib. Bundan başqa, keçən il 601 adda (765 151 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Bunlarla yanaşı, 2017-ci ildə hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 2106 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq onlardan 99 -nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib".

Son xəbərlər

Orphus sistemi