Yuxarı

Mübariz Qurbanlı: "Orta məktəb dərsliklərində dinlə bağlı məsələlərə geniş yer veriləcək"

Orta məktəb dərsliklərində dini cərəyanlar və müxtəlif dinlər barədə məlumatlar öz əksini tapacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ "Növbəti tədris illərində orta məktəb dərsliklərində dinlə bağlı məsələlərə geniş yer veriləcək". "Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlı bildirib ki, orta məktəb dərsliklərində dini cərəyanlar və müxtəlif dinlər barədə məlumatlar öz əksini tapacaq: "Dərsliklərdə yalnız İslam dini yox, bütün dinlərlə bağlı məsələlərə daha çox yer veriləcək. Orta məktəblərdə bildiyiniz kimi "Həyat bilgisi" dərsliyi var. Həmin dərslikdə dinlər barədə məlumat verilir. Həmçinin "Ədəbiyyat" və "Tarix" dərsliklərində də dini bilgilər yer alıb. Belə bir fikir var idi ki, 10-cu sinifdə bir rüb dinlə bağlı kurs keçirilsin. Lakin sonradan qənaətə gəlindi ki, dərsliklərdə dinlə bağlı məlumatlara geniş yer verilsin".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi