Yuxarı
    Bağlamaq

    Naxçıvanda İslam Kolleci yaradılacaq

    Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi: Hazırda bu istiqamətdə iş aparılır

    Bakı. 17 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında yaxın zamanlarda İslam Kollecinin yaradılması nəzərdə tutulub.

    Bunu "Report"a açıqlamasında muxtar respublikasnın Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev bildirib.

    Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır. V.Babayev əlavə edib ki, hazırda Azərbaycan üzrə üç yerdə ali dini təhsil verilir ki, onlardan biri də Naxçıvandadır: "Azərbaycanda ali dini təhsil Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsində, Bakı İslam Universitetində və bir də artıq ikinci ildir ki, Naxçıvan Universitetinin Dinşünaslıq fakültəsində verilir".

    Qeyd edək ki, bir neçə gün bundan əvvəl 10 İslam kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.

    Bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci, Şəbnəm (qızlar) İslam, Şəki (hafizlik) İslam və Əliabad İslam kollecləridir.

    Bunlardan 7-si yeni yaradılıb. Digər 3-ü isə yenidən qeydiyyata alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi