Yuxarı

Mübariz Qurbanlı Zərdabda vətəndaşları qəbul edəcək

Qəbulda iştirak etmək istəyənlər DQİDK-nin Ucar şöbəsinə müraciət edə bilər

Bakı. 22 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Zərdabda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a DQİDK-nin mətbuat xidmətindən məlumat verilib.
M.Qurbanlı oktyabrın 27-də Zərdab rayonunda Kürdəmir və Zərdab rayon sakinlərini qəbul edəcək. Qəbul Zərdab şəhəri, Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti, 1) saat 10:00 da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi