Yuxarı

​Mübariz Qurbanlı Yardımlıda vətəndaşları qəbul edəcək

İyulun 28-də keçiriləcək qəbulda Masallı, Yardımlı və Cəlilabad rayon sakinləri iştirak edəcəklər

Bakı. 23 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 28-də Yardımlı rayonunda Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Komitədən "Report"a verilən məlumata görə, qəbul saat 10:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev prospekti, 255) keçiriləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi