​Mübariz Qurbanlı vətəndaşları qəbul edib

​Mübariz Qurbanlı vətəndaşları qəbul edib Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb
Din
28 İyul , 2015 16:17
​Mübariz Qurbanlı vətəndaşları qəbul edib

Bakı. 28 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Yardımlı şəhərində Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə “Report”a DQİDK-nin mətbuat xidmətindən məlumat verilib.

İyirmidən artıq vətəndaşın iştirak etdiyi qəbul zamanı müraciətlər əsasən dini icmaların qeydiyyatı, dini icmalara maliyyə yardımının ayrılması, dini maarifləndirmə işinin təşkili, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təmiri və digər məsələlərlə bağlı olub.

Komitə sədri Mübariz Qurbanlı hər bir müraciətin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi