Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı vətəndaşları qəbul edib

    Dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlər də olub

    Bakı. 23 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.

    DQİDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komitə sədrinə edilən müraciətlər əsasən dini icmaların qeydiyyatı, dini maarifləndirmə, dini icmalara maliyyə yardımının ayrılması, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

    Komitənin sədri Mübariz Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

    Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi