Bakı. 21 dekabr.
“Report”un xəbərinə görə, M.Qurbanlı xatırladıb ki, döyüş zamanı şəhid olan əsgərlərin dəfni ilə bağlı qaydalar mövcuddur və bütün məzarlıqlarda həmin qaydalar tətbiq olunur: “Təklif olunur ki, ayrıca məzarlıq salınsın. Hazırki qaydalarda şəhidlərin dəfni məzarlıqların bir hissəsində həyata keçirilir. Yəni ümumi qaydalar mövcuddur”.
O qeyd edib ki, bu təklif müzakirə edilə bilər.
Qeyd edək ki, şəhid olan hərbçilərə ayrıca məzarlığın salınması təklifini Milli Məclisin Regional komitəsinin sədri Arif Rəhimzadə irəli sürüb.