Mübariz Qurbanlı vəfat etmiş keçmiş hərbçilər üçün ayrıca məzarlığın salınması təklifinə münasibət bildirib

Mübariz Qurbanlı vəfat etmiş keçmiş hərbçilər üçün ayrıca məzarlığın salınması təklifinə münasibət bildirib O qeyd edib ki, bu təklif müzakirə edilə bilər
Din
21 Dekabr , 2017 13:54
Mübariz Qurbanlı vəfat etmiş keçmiş hərbçilər üçün ayrıca məzarlığın salınması təklifinə münasibət bildirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report/ Firi Salim

Bakı. 21 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı orduda xidmət etmiş şəxslər dünyasını dəyişəndən sonra dəfn olunacaqları ayrıca məzarlığın salınması təklifinə münasibət bildirib.

“Report”un xəbərinə görə, M.Qurbanlı xatırladıb ki, döyüş zamanı şəhid olan əsgərlərin dəfni ilə bağlı qaydalar mövcuddur və bütün məzarlıqlarda həmin qaydalar tətbiq olunur: “Təklif olunur ki, ayrıca məzarlıq salınsın. Hazırki qaydalarda şəhidlərin dəfni məzarlıqların bir hissəsində həyata keçirilir. Yəni ümumi qaydalar mövcuddur”.

O qeyd edib ki, bu təklif müzakirə edilə bilər.

Qeyd edək ki, şəhid olan hərbçilərə ayrıca məzarlığın salınması təklifini Milli Məclisin Regional komitəsinin sədri Arif Rəhimzadə irəli sürüb.

Son xəbərlər

Orphus sistemi