Yuxarı

Mübariz Qurbanlı uşaqlarını məscidə aparan valideynlərə müraciət edib

Mübariz Qurbanlı uşaqlarını məscidə aparan valideynlərə müraciət edib
​

"Azərbaycanda keçirilən dini mərasimlərə insanların gəlişi özlərinin istəyindən asılıdır".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İslama görə məscidlərə gəliş sərbəstdir: "İslam dininin qadağa qoymadığı məsələ yoxdursa, dövlət buna qarışmır. Ona görə də vətəndaşlar məscidə uşaqla gəlirsə, bu onların öz seçimidir. Sadəcə olaraq tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdırlar".

Dövlət Komitəsinin sədri əlavə edib ki, "Dini etiqad azadlığı haqqında" qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir: "Dini mərasimləri tənzimləyən qanunlarda vətəndaşların hər hansı bir dini ibadət yerinə məscidə, kilsəyə, o cümlədən sinaqoq və ya digər ibadət yerinə getməsi onun azad seçiminə bağlıdır. Vətəndaş özü müəyyən edir, istəyər gedər, istəyər yox. Azərbaycanda "Dini etiqad azadlığı" haqqında qanun birbaşa vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi