​Mübariz Qurbanlı türkiyəli ilahiyyatçı ilə görüşüb

​Mübariz Qurbanlı türkiyəli ilahiyyatçı ilə görüşüb "Azərbaycan dövlətinin din siyasəti təkcə müsəlmanlar üçün deyil, digər dini konfessiya nümayəndələri üçün də eyni şərait yaradılıb"
Din
27 Aprel , 2015 18:38
​Mübariz Qurbanlı türkiyəli ilahiyyatçı ilə görüşüb

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı türkiyəli ilahiyyatçı Osman Nuri Toppaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri bildirib ki, Azərbaycanla Türkiyə dost və qardaş ölkədir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə bir millət iki dövlətdir. Komitə sədri vurğulayıb ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə ulu öndər Heydər Əliyev hər zaman dinə həssas yanaşıb: "Ümummilli lider hakimiyyətə gəldikdən sonra yeni məscidlərin tikintisinə və tarixi-dini abidələrin bərpasına böyük diqqət ayırıb. Bu gün də Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ölkəmizdə tarixi məscidlər bərpa olunur, yeni məscidlər inşa olunur. Bu yaxınlarda Qafqazın ən böyük məscidi olan Heydər məscidi istifadəyə verildi və bu bütün Qafqaz müsəlmanları üçün mühüm hadisəyə çevrildi. Azərbaycan dövlətinin din siyasəti təkcə müsəlmanlar üçün deyil, digər dini konfessiya nümayəndələri üçün də eyni şərait yaradılıb. Ölkəmizdə yeni sinaqoqlar, kilsələr tikilir və bərpa olunur".

Osman Nuri Toppaş isə qeyd edib ki, Azərbaycana səfəri zamanı ölkəmizin çox sürətlə inkişafının şahidi olub. İslamın maarifçilik və haqq dini olduğunu vurğulayan Osman Nuri Toppaş bu gün dindən siyasi məqsədlər üçün istifadə edildiyini və bunun çox acı nəticələrə gətirib çıxarığını bildirib. İslamın ədalət, sabitlik və səadət dini olduğunu dünyaya yenidən anladılmasının vacibliyindən danışıb.

Son xəbərlər

Orphus sistemi