Yuxarı

Mübariz Qurbanlı Türkiyədə rəsmi səfərdədir

Onun bir sıra dövlət nümayəndələri ilə yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyə Cumhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib. Bu barədə "Report"a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Diyanət İşləri Başqanlığında bir sıra görüşlər keçirməsi, Mehmet Görməzlə iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə etməsi nəzərdə tutulub. Eyni zamanda, Mübariz Qurbanlı səfər zamanı bir sıra dövlət və hökumət rəsmiləri, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, baş nazirin müavini Bülənt Arınçla yüksək səviyyəli görüşlər keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi