Yuxarı

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

Qəubl Sumqayıt şəhərindəki Tarix Muzeyində keçiriləcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 26-da Sumqayıtda bu şəhərin, eləcə də Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinlərini qəbul edəcək. 

Bu barədə "Report"a komitədən məlumat verilib.

Sumqayıt şəhərindəki Tarix Muzeyində keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi