​Mübariz Qurbanlı Qusarda vətəndaşları qəbul edib

​Mübariz Qurbanlı Qusarda vətəndaşları qəbul edib İyirmi nəfərədək vətəndaşı qəbul edən Komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib
Din
24 Noyabr , 2015 15:05
​Mübariz Qurbanlı Qusarda vətəndaşları qəbul edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 24-də Qusardakı Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Quba və Xaçmazdan olan sakinləri qəbul edib. Bu barədə “Report”a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, onların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. İyirmi nəfərədək vətəndaşı qəbul edən Komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi