Yuxarı

Mübariz Qurbanlı Qusarda vətəndaşları qəbul edəcək

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər

Bakı. 19 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 24-də Qusar rayonunda Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Qəbul Qusar şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi