Mübariz Qurbanlı Qusarda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Qusarda vətəndaşları qəbul edəcək Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər
Din
19 Noyabr , 2015 13:05
Mübariz Qurbanlı Qusarda vətəndaşları qəbul edəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 24-də Qusar rayonunda Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Qəbul Qusar şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi