Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edib Qəbulda Oğuz, Şəki və Qəbələ rayonlarının sakinləri iştirak edib
Din
5 May , 2016 12:28
Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edib

Bakı. 5 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Qəbələ rayonunda Oğuz, Şəki və Qəbələ rayonunun sakinlərini qəbul edib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 

Son xəbərlər

Orphus sistemi