Yuxarı

Mübariz Qurbanlı: “Qadına qarşı zorakılıq halları xristian ölkələrində İslam dünyasından daha çoxdur”

“Bəzi ailələrdə məişət zorakılığı həm qadına, həm də uşaqlara qarşı baş verir”

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Qadına qarşı zorakılıq halları xristian ölkələrinə nisbətən İslam dünyasında daha azdır".

"Report" xəbər veriri ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “İslamda qadın zorakılığına münasibət” adlı tədbirdə deyib.

O qeyd edib ki, ailə məsələsində ailə tərbiyəsi ilə məktəb tərbiyəsi üst-üstə düşməlidir: "Dini maarifləndirmə işləri davam etdirməlidir. Bəzi ailələrdə məişət zorakılığı həm qadına, həm də uşaqlara qarşı baş verir. İslam dini qadın hüquqlarına böyük önəm verir. Qadına qarşı zorakılıq halları xristian ölkələrinə nisbətən İslam dünyasında daha azdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi