Mübariz Qurbanlı Masallıda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Masallıda vətəndaşları qəbul edəcək Qəbul sentyabrın 21-də keçiriləcək
Din
18 Sentyabr , 2017 16:13
Mübariz Qurbanlı Masallıda vətəndaşları qəbul edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report

Bakı. 18 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 21-də Masallı rayonunda vətəndaşları qəbul edəcək.

Komitədən "Report"a verilən məlumata görə, qəbul Masallı şəhəri Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Qəbulda Masallı, Cəlilabad, Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi