Yuxarı

Mübariz Qurbanlı İtaliyaya səfərə gedib

Konfransda Azərbaycan, İtaliya, Papa Dövləti və digər dövlətlərin siyasi və dini qurumlarının nümayəndələri iştirak edəcəklər

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib. Bu barədə "Report"a DQİDK-nin mətbuat xidmətindən bildirilib.

Azərbaycan-İtaliya Parlamentlərarası İşçi Qrupunun təşəbbüsü ilə dekabrın 10-da Roma şəhərində Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçiriləcək. M.Qurbanlı konfransda “İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edəcək.

Konfransda Azərbaycan, İtaliya, Papa Dövləti və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi