Mübariz Qurbanlı İsmayıllıda vətəndaşları qəbul edib

Mübariz Qurbanlı İsmayıllıda vətəndaşları qəbul edib 18 nəfərin müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb
Din
29 Aprel , 2015 18:05
Mübariz Qurbanlı İsmayıllıda vətəndaşları qəbul edib

Bakı. 29 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsmayıllıda vətəndaşları qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarından olan 18 nəfərin müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Müraciətlər, əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin tikintisi, təmiri, bərpası və yenidən qurulması, təminatı, yerlərdə dini qurumların vəziyyəti və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunauyğun həlli barədə konkret tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə, operativ surətdə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi