Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı: "İslami dəyərləri cəmiyyətə olduğu kimi çatdırmaq lazımdır"

    Bakıda “Multikulturalizm ili: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

    Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm ili: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

    “Report” xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, deputatlar, gənclər təşkilatlarının təmsilçiləri iştirak edib.

    Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov cari il ərzində ölkədə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan gəncləri dini ekstemizmlə mübarizədə həmrəylik nümayiş etdirməlidirlər: “Mövcud olan dini etiqad azadlığından ancaq ölkənin inkişafı, xalqımızın rifahı naminə yararlanmalıdır. Əminəm ki, xalqımızın malik olduğu dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması gənclərin əsas vəzifələrindən biri olacaq”.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dini radikalizmə, fanatizmə qarşı mübarizə aparmağın başlıca şərtlərindən biri İslami dəyərlərin və bütövlükdə dini dəyərlərin olduğu kimi cəmiyyətdə çatdırılmasıdır: “Cəmiyyətin doğru şəkildə maarifləndirilməsi istiqamətində Dövlət Komitəsi faktiki olaraq ölkədə bütün qurumlarla əməkdaşlıq edir. Müxtəlif radikal qrupların yaranması üçün ən münbit yer kimi gənclər və onların toplandığı məkanlar seçilir. Ona görə də gənclər arasında maarifləndirmə təbirləri daha geniş şəkildə aparılmalıdır. Bizim qarşıda bu sahədə görüləcək işlərimiz çoxdur”.

    M.Qurbanlı qeyd edib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal edib: "Gücümüzü daha çox Dağlıq Qarabağın azadlığı  istiqamətinə yönəltməliyik".

    Tədbirin davamında tələbələrin çıxışları dinlənilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi