Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı "İslam alimlərinin IV Beynəlxalq Konfransı"na dəvət olunub

    ​Dövlət Komitəsinin sədri İndoneziyanın Azərbaycandakı səfirini qəbul edib

    Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İndoneziyanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu qəbul edib. Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

    Görüşdə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında bütün sahələr üzrə əlaqələr uğurla inkişaf edir.

    Azərbaycanda olduğu iki il ərzində gördüyü işlərdən danışan səfir ölkəsinin Azərbaycan ilə dostluğu və əməkdaşlığı daha da genişləndirməyə maraqlı olduğunu bildirib. İki ölkə arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

    Səfir Dövlət Komitəsinin sədrini 2015-ci ilin fevral-mart aylarında Cakartada keçirilməsi nəzərdə tutulan "İslam alimlərinin 4-cü Beynəlxalq Konfransı"na dəvət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi