Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı İrana səfər edəcək

    Komitə sədri İranın bir sıra rəsmiləri ilə görüşəcək

    Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İrana səfər edəcək. "Report"un xəbərinə görə, səfər 2015-ci ilin əvvəlində İranda keçiriləcək Azərbaycan Mədəniyyəti Həftəsi günlərində reallaşacaq. Səfər zamanı komitə sədri İranın bir sıra rəsmiləri ilə görüşəcək.

    DQİDK-nın mətbuat xidməti "Report"a məlumatı təsdiqləyib. Mətbuat xidmətindən bildirilib ki, M.Qurbanlı İranda keçiriləcək beynəlxalq konfransda da iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi