Mübariz Qurbanlı və Allahşükür Paşazadə Gəncədə dindarların yürüşünün qarşısının alınmasına münasibət bildirib

Mübariz Qurbanlı və Allahşükür Paşazadə Gəncədə dindarların yürüşünün qarşısının alınmasına münasibət bildirib "Əzadarlıq məscidin içində olmalıdır"
Din
24 Oktyabr , 2015 12:56
Mübariz Qurbanlı və Allahşükür Paşazadə Gəncədə dindarların yürüşünün qarşısının alınmasına münasibət bildirib

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Məhərrəmlikdə, Aşura günündə həmişə kütləvilik olub. Gəncədə baş verənlər də mətbuatın yazdığı kimi deyil. Orada insanlar Şah Abbas məscidinə yürüş etmək istəyiblər, bunun da qarşısı alınıb".

"Report"un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, yürüş etmək yolverilməzdir: "Əzadarlıq məscidin içində olmalıdır. Biz bunu dəfələrlə bildirmişik ki, kütləvilik olsa da, yürüş-aksiya olmamalıdır".

M.Qurbanlı bildirib ki, Azərbaycanda dini tolerantlıq mövcuddur, dinlərarası münasibətlər yüksək səviyyədədir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də bu məsələyə münasibət bildirib: "Gəncədə baş verənləri şişirtmək lazım deyil. Bunu hətta siyasiləşdirmək istəyənlər də var. Burada hər hansı siyasi məsələdən söhbət gedə bilməz. Hər şey qanun çərçivəsində həll olunmalıdır".

Son xəbərlər

Orphus sistemi