Mübariz Qurbanlı Füzulidə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Füzulidə vətəndaşları qəbul edəcək Bakı. 15 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Füzuli rayonunda vətəndaşları qəbul edəcək.
Din
15 Fevral , 2018 11:24
Mübariz Qurbanlı Füzulidə vətəndaşları qəbul edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report

Bakı. 15 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Füzuli rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul fevralın 20-də Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək və saat 11:00-da başlayacaq. Qəbulda Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi