Bakı. 15 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Füzuli rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəbul fevralın 20-də Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək və saat 11:00-da başlayacaq. Qəbulda Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.