Mübariz Qurbanlı Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının sədri ilə görüşüb

Mübariz Qurbanlı Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının sədri ilə görüşüb Görüşdə Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri iştirak edib
Din
10 Sentyabr , 2015 11:08
Mübariz Qurbanlı Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının sədri ilə görüşüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Fransaya səfəri çərçivəsində bu ölkənin Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının (CRİF) sədri Roger Cukiermanla görüşüb. Bu barədə "Report"a DQİDK-nin mətbuat xidmətindən bildirilib.

Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərlərinin də iştirak etdiyi görüşdə M.Qurbanlı Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq mühitindən danışıb: "Azərbaycanda müxtəlif dini konfessiyalar arasında hökm sürən və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da möhkəmlənməsi və inkişaf etdirilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət dayanır".
Komitə sədri vurğulayıb ki, Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurası sədrinin Bakıya səfəri zamanı Dövlət Komitəsi, eləcə də Azərbaycandakı dini icmalarla əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr bugünkü görüş üçün zəmin yaradıb.

M.Qurbanlı Avropanın ən böyük yəhudi icmasını təmsil edən və Fransanın nüfuzlu təşkilatlarından olan Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasına və onun sədri Roger Cukiermana Azərbaycana göstərdikləri dost münasibətə görə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi