Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edib Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərinin araşdırılması üçün göstərişlər verib
Din
25 Avqust , 2015 16:23
Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edib

Bakı. 25 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbulda Daşkəsənlə yanaşı, Gəncə, Samux, Göygöl sakinləri də iştirak edib.

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Bir sıra müraciətlər yerindəcə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün əlaqədar qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Müraciətlər əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası və digər məsələlərlə bağlı olub.

Son xəbərlər

Orphus sistemi