Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edəcək Qəbulda Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayon sakinlərini iştirak edə bilərlər
Din
20 Avqust , 2015 15:29
Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul avqustun 25-də keçiriləcək. Qəbulda Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayon sakinlərini iştirak edə bilərlər.

Qəbul saat 10:00-da Daşkəsən rayon dövlət arxivinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı,1) keçiriləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi