Mübariz Qurbanlı Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Mübariz Qurbanlı Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb "Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar dini ibadətlərini sərbəst həyata keçirirlər"
Din
3 May , 2016 18:16
Mübariz Qurbanlı Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 3 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiqi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, Mübariz Qurbanlı uğurlu fəaliyyətinə, çalışdığı dövrdə Dövlət Komitəsi ilə yaxından əməkdaşlıq etdiyinə, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəmədiyinə görə səfirə təşəkkürünü bildirib.

Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən İrfan Siddiq ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndirib.

O qeyd edib ki, Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar dini ibadətlərini sərbəst həyata keçirirlər.

Son xəbərlər

Orphus sistemi