Mübariz Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək Qəbul ayın 14-də baş tutacaq
Din
9 Dekabr , 2016 10:00
Mübariz Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Biləsuvar şəhərində Salyan, Neftçala, Cəbrayıl və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Mübariz İbrahimov küçəsi, 216) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi